Azərbaycan Ordusu yeni beynəlxalq reytinqdə Ermənistandan 47 pillə yüksəkdədir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Ordusu yeni beynəlxalq reytinqdə Ermənistandan 47 pillə yüksəkdədir

12:02 - 05 / 02 / 2020
Azərbaycan Ordusu yeni beynəlxalq reytinqdə Ermənistandan 47 pillə yüksəkdədir

Nüfuzlu “Global Firepower“ hərbi-analitika təşkilatı 2020-ci ildə dünyanın ən yaxşı ordularının reytinqini açıqlayıb.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu reytinqini qoruyub saxlayıb və cədvəldə 138 ölkənin ordusu arasında 64-cü olub. Qonşu Gürcüstan ordusu 89-cu, Ermənistan isə 111-ci yerdədir. Beləliklə, ordumuz düşmən silahlı qüvvələrindən 47 pillə yüksəkdə qərarlaşıb.

Reytinqdə dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir. Azərbaycan ordusu təkcə Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqelərdən birini tutur.

 “Global Firepower“ 2006-cı ildən dünyanın 138 ölkəsinin ordularının reytinq cədvəlini tərtib edir.

S.Xankişiyeva

 

Paylaş:
534

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər