Azərbaycanda pensiyalar artırıldı – SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda pensiyalar artırıldı – SƏRƏNCAM

16:28 - 06 / 02 / 2020
Azərbaycanda pensiyalar artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

S.Xankişiyeva

 

Paylaş:
1104

Son xəbərlər

Bütün xəbərlər