Kamaləddin Qafarov Milli Qəhrəmanın doğmaları ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov Milli Qəhrəmanın doğmaları ilə görüşüb – FOTO

09:15 - 07 / 02 / 2020
Kamaləddin Qafarov Milli Qəhrəmanın doğmaları ilə görüşüb – FOTO

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov Azərbaycanın Milli Qəhrəmanı  Fərhad Hümbətovun qardaşları Azad və Sahiblə görüşmüşdür.

K.Qafarov bildirmişdir ki, Vətənin azadlığı və  torpaqlarımızın  bütövlüyü uğrunda gedən döyüşlərdə 109 soydaşımız Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək və şərəfli ada layiq görülmüşdür. Onlardan biri də Binəqədinin yetişdirməsi olan Fərhad Hümbətovdur.

Fərhad 1992-ci il martın 29-da  Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas etsə də, özü qəhrəmancasına həlak olmuşdur.  Kamaləddin Qafarov  qeyd  etmişdir ki, Fərhad  və onun kimi qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında  daim yaşayacaqdır. Onlar millətimizin qürur mənbəyi, əbədiyyət simvoludur.

Azad və Sahib Hümbətovlar qardaşlarının xatirəsinə  yüksək dəyər verdiyinə, onlarla səmimi görüşə,  yüksək diqqət və qayğıya görə Kamaləddin Qafarova  minnətdarlıqlarını bildirmişlər. Onlar  qeyd etmişlər ki, qədirbilən xalqımız Milli Qəhrəmanımızın xatirəsini daim uca tutur. Rayonumuzda onun adını daşıyan mədəniyyət və istirahət parkında qəhrəmanın əzəmətli büstü qoyulmuşdur.

Kamaləddin Qafarov  Azad və Sahib Hümbətovlar qardaşları ilə ətraflı  fikir mübadiləsi etmiş, onların  problem və qayğıları ilə maraqlanmış, bir sıra məsələlərin həlli üçün  zəruri tədbirlərin görüləcəyini bildirmişdir.

1news.az

     

    

Paylaş:
1439

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər