Dişovka, kantovka, kalqotka – Xəzər TV-də əsrin biabırçılığı... bəs sonra? – VİDEO

“Xəzər TV-də əsrin biabırçılığı yaşanıb” – Facebook istifadəçisi Elçin Bayramov Xəzər TV telekanalının efirində yayımlanan mahnının videosunu paylaşaraq gileyini bildirib.
Söhbət aktyor-parodiyaçı Elnur Mahmudov və müğənni Nəfəsin ifa etdikləri mahnıdan gedir.
İfaçılar mahnını oxuyarkən dar cinslərdən, kostyumla krassovka geyinən oğlanlardan, “Korovka” konfetlərindən və sürücülərin maşını necə saxlamalarından bəhs ediblər.
Elnur Mahmudov mədəsindəki xorası ilə bağlı problemi müğənni ilə bölüşüb, buna cavab olaraq Nəfəs dönər almağa pulu olmadığını bildirib.
Kompozisiyada “kanfetka”, “dişovka”, “kantovka”, “kalqotka” və hətta “düdük” kimi sözləri də eşitmək olar.
İfaçılara qarşı heç bir etirazımız yoxdur. Bizləri telekanallarımızın düşdüyü vəziyyət maraqlandırır. Çox istərdik ki, telekanallarımızda düşündürücü və faydalı verilişlər olsun ki, həm baxmağa, həm də qulaq asmağa, ən əsası isə - fəxr etməyə dəysin!
S.Xankişiyeva