Sabah qar yağacaq, yollar buz bağlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah qar yağacaq, yollar buz bağlayacaq

14:15 - 09 / 02 / 2020
Sabah qar yağacaq, yollar buz bağlayacaq

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a bildirilib ki, güclü şimal-qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz  1-3° isti olacaq.

Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə və gündüz 75-85% olacaq. 

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

S.Xankişiyeva

 

 

 

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər