ATƏT müşahidəçisi: Seçkidə neqativ hal qeydə alınmayıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT müşahidəçisi: Seçkidə neqativ hal qeydə alınmayıb

16:18 - 09 / 02 / 2020
ATƏT müşahidəçisi: Seçkidə neqativ hal qeydə alınmayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 saylı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər.

1news.az xəbər verir ki, ATƏT DTİHB müşahidəçisi Halogh Nora Beyləqanda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində seçki prosesində neqativ halın qeydə alınmadığını bildirib: “Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır”.

Qurumun digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.

Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın əhatə etdiyi 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulur. Səsvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.

1news.az

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər