Bakının əsas avtomagistrallarında sürət həddi endirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının əsas avtomagistrallarında sürət həddi endirildi

09:51 - 09 / 02 / 2020
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin Açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.

Bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən xahiş edirik ki, meterioloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər.

Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.

S.Xankişiyeva

 

Paylaş:
390

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər