Vüqar Səfərli Dadaş Dadaşlinski barədə: “Kuklanın qonağı olmaq fikrim yoxdur” - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Səfərli Dadaş Dadaşlinski barədə: “Kuklanın qonağı olmaq fikrim yoxdur” - FOTO - VİDEO

23:06 - 09 / 02 / 2020
Vüqar Səfərli Dadaş Dadaşlinski barədə: “Kuklanın qonağı olmaq fikrim yoxdur” - FOTO - VİDEO

“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb. 

1news.az-ın məlumatına görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə direktor müavini İbrahim Əhmədovun qonağı olduğu proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı və verilişin siması Dadaş Dadaşlinskinin katibəsi Lyubanın rəqsi zamanı kadra düşən foto diqqət çəkib. Belə ki, divardan asılmış fotoda Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun altında “Axtarılır” yazılıb. 

İzləyicilər arasında geniş müzakirələrə səbəb olan fotonun orada yerləşdirilməsinin səbəbi isə maraqlıdır. Məsələ burasındadır ki, Dadaş Dadaşlinski KİVDF-nin İcraçı direktorunu verilişə dəvət etsə də, o, müxtəlif bəhanələrlə dəvətdən boyun qaçırıb.  

Son olaraq telefon zənglərinə cavab verməyən V.Səfərli haqqında Dadaşlinski özünəməxsus şəkildə axtarış elanı verib.  

Vüqar Səfərli məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında hiddətini gizlətməyib: “Əvvəla, onlar məni cəmi bir dəfə həmin verilişə dəvət etmişdilər. Mən də imtina etdim. Bildirdim ki, kukla ilə mənim üz-üzə əyləşmək fikrim yoxdur. Əgər İctimai Televiziya mənim şəklimi divara yapışdırıb, axtarışda olmağımla bağlı görüntülər yayımlayıbsa, bu, tərbiyəsizlikdir. Onların cavabı tezliklə veriləcək”.

Təəssüf ki, bütün cəhdlərimizə baxamayaraq bu gün Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu ilə əlaqə saxlaya bilmədik. Buna görə də V.Səfərlinin konkret olaraq hansı cavab verəcəyini dəqiqləşdirmək mümkün olmadı.

1news.az

Paylaş:
2154

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər