Türkiyə XİN: Azərbaycanda seçkilərin sabitlik şəraitində başa çatmasından məmnunuq | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN: Azərbaycanda seçkilərin sabitlik şəraitində başa çatmasından məmnunuq

23:24 - 09 / 02 / 2020
Türkiyə XİN: Azərbaycanda seçkilərin sabitlik şəraitində başa çatmasından məmnunuq

Fevralın 9-da Azərbaycanda keçirilən Milli Məclisə seçkilərə səsvermənin nəticələrinin qardaş Azərbaycana xeyirli olmasını arzu edirik.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu fbarədə Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilir.

Türkiyə XİN seçkilərin bütün ölkə üzrə sabitlik şəraitində başa çatmasından məmnunluq bildirib.

Nazirlik aidiyyəti qurumların seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əvvəldən göstərdikləri səyləri və Azərbaycan xalqının seçkidəki fəallığını təqdirəlayiq hal kimi dəyərləndirib.

1news.az

Paylaş:
521

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər