Gürcüstanın Baş naziri Prezident İlham Əliyevə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevə zəng edib

15:03 - 10 / 02 / 2020
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevə zəng edib

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Giorgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Gürcüstanın Baş Naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

1news.az

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər