Modellər “Victoria’s Secret”ə qarşı birləşdi
"Victoria's Secret" şirkəti ətrafındakı qalmaqal getdikcə daha da böyüyür.
1news.az Oxu.az-a istinadən bildirir ki, model hüquqlarının qorunması üçün yaradılan "Model Alliance" qurumu "Victoria's Secret"i "cinsi istismara" son verməyə çağıran açıq məktub yazıb.
Məktub 100 model tərəfindən imzalanıb. Məktubda şirkət bədən formasına görə təzyiqlərə, ayrı-seçkiliyə, seksual hərəkətlər və cinsi istismara son qoymağa çağırılıb.
Məktubda bu zamana qədər şirkətin sözügedən "ənənəsi"nə qarşı çıxanlara nəinki dəstək göstərildiyi, əksinə, bu vəziyyəti ifşa edənlərin cəzalandırıldığı qeyd olunub.
1news.az
5847