Deputatlığa namizədin vəfat edən vəkilinin oğlu mətbuata müracət edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatlığa namizədin vəfat edən vəkilinin oğlu mətbuata müracət edib - VİDEO

11:07 - 10 / 02 / 2020
Deputatlığa namizədin vəfat edən vəkilinin oğlu mətbuata müracət edib - VİDEO

Deputatlığa namizədin vəfat edən vəkilinin oğlu mətbuata müracət edib.

APA-nın məlumatına görə, Samir Sübhan oğlu İsrafilov video müraciətində atasının ürək xəstəliyindən əziyyət çəkdiyini və onun ölümünə də bu xəstəliyin səbəb olduğunu bildirib: “Mənim atam seçki prosesində heç bir təzyiqə məruz qalmayıb. O, iki dəfə ürəyindən əməliyyat olunub və yenidən infarkt keçirərək rəhmətə gedib. Bu hadisəni siyasi oyunlara çevirməyin!”. 

Qeyd edək ki, sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd Mövsüm Aslanovun vəkili Sübhan Hacıyevin Göygöl rayonu Molla Cəlili seçki məntəqəsində səslərin sayılması zamanı qətlə yetirilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluq Göygöldə deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yayıb

S.Xankişiyeva

 

Paylaş:
917

Son xəbərlər

Bütün xəbərlər