Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər | 1news.az | Xəbərlər
İdman

Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

14:58 - 11 / 02 / 2020
Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Cüdo üzrə yığma komandamız Parisdə təlim-məşq toplanışı keçir.

1news.az-ın Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi xəbərə görə, komandamız Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak etdikdən sonra beynəlxalq təlim-məşq toplanışına qatılıb.

“Böyük dəbilqə” turnirində iştirak etməyən cüdoçularımız Rüstəm Orucov (73 kq) və İrina Kindzerska (78 kiloqramdan yuxarı) da təlim-məşqlərdə iştirak edirlər. Cüdoçuların hazırlığı 3 gün davam edəcək.

1news.az

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər