Futbolçu meydanda banan yeyib, qol vurdu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Futbolçu meydanda banan yeyib, qol vurdu - VİDEO

13:21 - 12 / 02 / 2020
Futbolçu meydanda banan yeyib, qol vurdu - VİDEO

Argentina Superliqasının 19-cu turunda "Rasinq" və "İndependente"  arasında keçirilən matçda maraqlı hadisə yaşanıb.

1news.az qol.az-a istinadən xəbər verir ki, "Rasinq"in futbolçusu Marselo Dias görüşün fasiləsində banan yeməyə vaxt tapmayıb. O, ikinci hissənin başlanmasına bir neçə saniyə qalmış meydanda banan yeyib. Matçın yenidən başlamasına baxmayaraq, Dias banan yeyə-yeyə qaçıb və cərimə zərbəsi yerinə yetirib.

M.Dias görüşdə yeganə qolun müəllifi olub. O,  86-cı dəqiqədə fərqlənib.

1news.az

Paylaş:
1053

Son xəbərlər

Bütün xəbərlər