Yasamalda oğlan “yox” cavabı aldığı qızı bıçaqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda oğlan “yox” cavabı aldığı qızı bıçaqladı

10:52 - 12 / 02 / 2020
Yasamalda oğlan “yox” cavabı aldığı qızı bıçaqladı

Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza 7 bıçaq zərbəsi vurub.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib. Füzuli rayon sakini, 1992-ci il Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər