Məşhur futbolçu polis evində axtarış apararkən yatdı | 1news.az | Xəbərlər
Futbol

Məşhur futbolçu polis evində axtarış apararkən yatdı

15:46 - 13 / 02 / 2020
Məşhur futbolçu polis evində axtarış apararkən yatdı

“Barselona”nın fransalı müdafiəçisi Samuel Umtiti polis evində axtarış apararkən divanda yatıb qalıb.

1news.az-ın “Çempionat”a istinadən verdiyi xəbərə görə, polislər onun evinə hücumun izlərini axtarıblar.

Qeyd etmək lazımdır ki, ötən ilin sentyabrında futbolçunun evi qarət edilmişdi.

Polislər onun evinə gələndə, Umtiti divanda uzanıb kompüter oyunu oynayırmış.

Onlar öz vəzifəsini yerinə yetirərkən futbolçu divanda yatıb qalıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları öz işini gördükdən sonra sakitcə evi tərk ediblər.

Xatırladaq ki, Umtiti qarətə məruz qalan ilk “Barselona” futbolçusu deyil.

Əvvələr Jerar Pike, Artur və Nelson Semedu kimi futbolçular da eyni aqibəti yaşayıb.                

1news.az

Paylaş:
1290

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər