Bakıdan Alanyaya gedən təyyarə məcburi eniş etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan Alanyaya gedən təyyarə məcburi eniş etdi

13:09 - 21 / 02 / 2020
Bakıdan Alanyaya gedən təyyarə məcburi eniş etdi

“Buta Airways” aviaşirkətinə məxsus “J2 9111” nömrəli təyyarə Ankaranın Esenboğa Hava limanında məcburi eniş edib.

1news.az xəbər verir ki, bu gün saat 07:39-da Bakıdan havaya qalxan təyyarə qeyri-sabit hava şəraitinə görə Alanya Hava Limanına eniş edə bilməyib. Nəticədə, kapitan Esenboğa Hava Limanına getmək qərarı verib.

Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

Şirkətdən bildirilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

1news.az

Paylaş:
514

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər