Baş infeksionist: “Azərbaycanda koronovirusla bağlı heç bir xəstə qeydə alınmayıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş infeksionist: “Azərbaycanda koronovirusla bağlı heç bir xəstə qeydə alınmayıb”

12:19 - 24 / 02 / 2020
Baş infeksionist: “Azərbaycanda koronovirusla bağlı heç bir xəstə qeydə alınmayıb”

Çindən dünyaya yayılan koronovirus xəstəliyi yüksək sürətlə əhatəsini genişləndirməyə davam edir.

Bu xəstəliyə yoluxanların və ölənlərin sayı getdikcə artır. Koronovirusun Azərbaycanın qonşu dövləti olan İranda aşkarlanması və bu virusdan ölənlərin olması təhlükənin yaxınlaşmasından xəbər verir. Dövlət qurumları bununla bağlı qabaqlayıcı tədbirlər almağa başlayıb. Belə ki,  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib. Bəs görəsən hazırda Azərbaycanda koronovirus epidemiyasına qarşı mübarizə tədbirlər nə yerdədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib ki, Azərbaycanda koronovirusla mübarizə üçün bütün addımlar atılıb: “Koronovirus epidemiyasının qonşu İranda aşkarlandığı vaxtdan sonra daha da gücləndirilmiş iş rejiminə keçirildi. Çünki İranla əlaqələrimiz çoxdur, ona görə gücləndirilmiş iş rejiminə keçirilib. Bununla bağlı Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrində məhduriyyətlər qoyulub. Xəstəliyin qarşısının alınması yönündə həm Nazirliyi, həm də TƏBİB tədbirlər aparır”.

“Vətəndaşlara tövsiyyəm odur ki, İrana getməkdən çəkinsinlər, vacib işləri olmasa ora getməsinlər. Əgər mütləq getməlidirlərsə, tədbirlər sisteminə riayət etsinlər”- deyə C.İsayev fikirlərinə əlavə edib:

 “ İlk növbədə qablaşdırılmıış sudan istifadə etsinlər, açıq su mənbələrindən  istifadə etməsinlər, yedikləri qidanın tam bişmiş olmasından əmin olsunlar, insanların çox olduğu yerlərdən uzaq olsunlar, maskadan istifadə etsinlər, əllərini müntəzəm olaraq yusunlar.  İranda olarkən və ya Azərbaycana gələrkən hərhansı bir xəstəlik əlaməti olarsa mütləq həkimə müraciət etsinlər, özləri müalicə etməyə çalışmasınlar. İrana gedərkən nəzərə alsınlar ki, İranın hansı regionlarında bu xəstəliyə rast gəlinibsə həmin şəhərə getməsinlər. Bu zamanlarda İrana olan səyahətlərini təxirə salmaları tövsiyə olunur. Sərhəd-keçid məntəqələrində yoxlanma aparılır, həmin yoxlamalara könüllü olaraq yanaşsınlar, müayinə olunsunlar. Əgər müəyyən dövr üçün müşahidə altında qalmaları lazım olarsa ondan imtina etməsinlər. Bu tədbirlər sistemində tibb işçilərinə, gömrük işçilərinə köməklik etmək lazımdır ki, bu xəstəliyin ölkəmizə keçməsinin qarşısı alınsın”.

Baş infeksionist deyib ki, Azərbaycanda koronovirusla bağlı heç bir xəstə qeydə alınmayıb.

“Bəzən təşvişə səbəb olan məlumatlar yayılır, guya İrandan xəstə gəlib, qeydiyyata alınıb. Yayılan yalan məlumatlar insanların təşvişə düşməsinə səbəb olur. Azərbaycanda xəstəxanalarda vəziyyət çox yaxşıdı, Ağciyər xəstəlikləri institutunda belə xəstələrin qəbulu üçün palatalar ayrılıb, bundan başqa da şəhər Mərkəzi Klinik Tibbi Mərkəzində də təmasda olan insanları müşahidə etmək üçün palatalar ayrılıb”.

Qafar Ağayev

Paylaş:
1728

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər