Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində mətbuat katibi təyin olundu

Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin aparıcı mütəxəssisi Tapdıqov Azər Elçin oğlu Komitənin mətbuat katibi vəzifəsinə təyin olunmuşdur.
1news.az-ın Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, A.Tapdıqov 01 dekabr 1993-cü ildə Şabran rayonunda anadan olub. 2011-ci ildə Bakı şəhərində 63 saylı orta məktəbi bitirdikdən sonra Baltik Beynəlxalq Akademiyasında təhsil alıb.
2015-ci ildən Komitədə İctimaiyyətlə əlaqələr və marketinq, Beynəlxalq əlaqələr və idman şöbələrində aparıcı mütəxəssis vəzifəsində çalışıb.
1news.az
1020