Saxta xəbərlərə inanmayın: Koronavurusla bağlı ən doğru məlumatı harada axtarmalı?

Artıq neçə həftədir ki, koronavirus bütün dünyanın baş bəlasına çevrilib.
Bu, başa düşüləndir, çünki insanlar öz sağlamlıqlarından narahatdırlar. Xəstəlikdən necə müalicə olunmalı? Özünü virusdan necə qorumalı? Bütün bu təlaşlar fonunda insanlar internetdə yazılan hər şeyə inanır və bu üsulları tətbiq etməyə çalışırlar. Hər gün internetdə saysız-hesabsız saxta xəbərlər yayılır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ fevralın əvvəlində dezinformasiya ilə bağlı mübarizə elan edib:
“Bu gün saxta xəbərlər koronavirusdan daha tez yayılır və bu cür xəbərlər də təhlükəlidir”.
Bir çoxlarınızın bəlkə də koronavirusdan qorunmaq üçün spirtli içki, sarımsaq və ya künücüt yağımdan istifadədən xəbəri var. Ən təhlükəli halda insanlara əllərini ağardıcı vasitələrlə yumaq “tövsiyyə olunur”.
Xatırladaq ki, ÜST-nin məlumatına əsasən, koronavirusa görə xüsusi profilaktik tədbirlər və ya dərman vasitələri yoxdur, antibiotik və ya peyvəndlər sətəlcəmin sağalmasına kömək etmir.
Artıq Facebook bu cür məlumatları məhdudlaşdıracaq. Həmçinin Twitter, Google, TikTok, Instagram da bu tədbiri görəcək. Buna yerli hökumət və ÜST kömək olacaq.
Nə etməli? Koronavirusla bağlı doğru məlumatı haradan tapmalı? Cavab aydındır - Ümumdünya Səhiyyə Təşkilatının saytından.
COVID-19 infeksiyası ilə bağlı sual və cavab bölməsində koronavirusla bağlı gündəlik məlumatla tanış ola bilərsiniz. İlk olaraq qeyd edək ki, “koronavirus” – xəstəliyin adı deyil. Bu, insan və ya heyvanla əlaqəli sübut edilmiş patogen xüsusiyyətləri olan virus ailəsidir.
Covid-19 koronavirusun simptomları:
- Koronavirusun simptomları soyuqdəymə və ya qrippin əlamətlərini xatırladır: halsızlıq, baş ağrısı, öskürək, bədən hərarətinin yüksəlməsi;
- Virus daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir;
- Virusun inkubasiya dövrü 14 gün təşkil edir və bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır;
- Xəstəliyin ən geniş yayılmış simtomu qızdırmadır. Virusa yoluxanlar, həmçinin, əzələ ağrısı və tənəffüs problemindən şikayət ediblər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur;
- Koronavirus daha çox damcı yolu ilə, insan öskürəndə və asqıranda keçir. Hətta istənilən çirkli yerə toxunduqda virusa yoluxma ehtimalı mümkün olur. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir.
Profilaktik tədbirlər:
- Vətəndaşlar xəstəliyin müşahidə olunduğu ölkələrə səfər etməkdən çəkinməlidirlər;
- Vətəndaşlar kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməlidirlər;
- Əllər tez-tez yuyulmalıdır. Xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl olunmalıdır;
- Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamlı, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar;
- Xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda, dərhal həkimə müraciət olunmalıdır;
- Vətəndaşlar üzərlərində dezinfeksiya vasitələri gəzdirməsi və ondan istifadə etməlidirlər;
- İnsanların çox olduğu yerlərdə, məsələn hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq lazımdır.
COVID-19 yaşlı insanlarda, xüsusilə hipertoniya, ürək çatışmazlığı və ya diabet xəstələrində ağırlaşma ehtimalı yüksəkdir. Bu xəstəliyə yoluxanlardan yalnız 2% -də ölüm halı baş verib.
Buna görə də yüksək temperatur, öskürək və nəfəsalma zamanı çətinlik yaranarsa həkimə müraciət etmənin tövsiyyə olunur.
Xatırladaq ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.
Eyni zamanda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri 2020-ci il 28 fevral saat 10:00-dan fəaliyyət göstərir.
Həmçinin Azərbaycanda epidimioloji vəziyyətlə bağlı sualı olan vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edə bilər. Agentliyin çağrı mərkəzi fasiləsiz olaraq çalışır. Çağrı mərkəzinin nömrəsi 1542.
Özünüzdən müğayat olun və sağlamlığınızı qoruyun!
Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah fəaliyyətə başladı
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO
TƏBİB Astarada yoxlama apardı - Baş həkim işdən çıxarıldı - VİDEO
S.Xankişiyeva