Samirə Əfəndi: Ora düşmənlik etməyə yox, ölkəmi təmsil etməyə getmişdim - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Samirə Əfəndi: Ora düşmənlik etməyə yox, ölkəmi təmsil etməyə getmişdim - VİDEO

13:13 - Bu gün
Samirə Əfəndi: Ora düşmənlik etməyə yox, ölkəmi təmsil etməyə getmişdim - VİDEO

Astanada keçirilən "Silk Way Star" beynəlxalq musiqi müsabiqəsinin finalında Azərbaycanı münsif qismində təmsil edən müğənni Samirə Əfəndinin Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verməsi və onunla qucaqlaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

1news.az xəbər verir ki, birmənalı qarşılanmayan bu addıma görə Samirə Əfəndi prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində açıqlama verib.

İfaçı bildirib ki, bir qazi qızı, general nəvəsi və ölkənin vətəndaşı kimi hesab edir ki, gələcək gənclərin əlindədir:

“Biz tarixi unutmarıq və unutdurmarıq. Prezidentimizin qurduğu sülh siyasətinin ardınca getməyə çalışıram. Mənə elə gəlir ki, ölkədən kənara çıxan və ictimaiyyət qarşısında olan hər kəs sülhə doğru kiçik körpülər qurmalıdır. Həmin iştirakçını finala qədər çox kəsmişəm. Elə hallar olub ki, hamı 12 bal verib, amma mən 10 bal vermişəm. Söhbət musiqidən və təhsildən gedirsə, o, həqiqətən çox yaxşı ifa edirdi. Ona 12 bal verməyim hər kəs üçün gözlənilməz oldu. Bu addımıma görə peşman deyiləm, çünki dəfələrlə onun haqqına girmişdim. Finalda isə layiq olduğu xalı verdim. Mən musiqiçi kimi baxıram, siyasətçi deyiləm ki, düşmənçilik edim. Ora düşmənlik etməyə yox, ölkəmi təmsil etməyə getmişəm”.

Erməni ifaçı ilə qucaqlaşması məsələsinə aydınlıq gətirən S.Əfəndi deyib: " Mənə "yanınıza gələ bilərəm?" işarəsi etdi, mən də "gəl" dedim. O özü yaxınlaşıb məni qucaqladı. Müsabiqənin münsiflər heyətindəki Ermənistan nümayəndəsi də təşəkkür edərək bildirdi ki, biz nümunə olmalıyıq. Əgər finalda mən iştirak etsəydim, Ermənistan da mənə 12 xal verəcəkdi. Onlar ilk olaraq Azərbaycana 10 xal verdilər, sonra mən səs verdim”.

Daha ətraflı videoda.

Paylaş:
123

Son xəbərlər

Bütün xəbərlər