“Ermənilərin uzun qolu”: Nə üçün “Nezavisimaya qazeta” Sumqayıt hadisələrilə bağlı azərbaycanlı jurnalistin məqaləsini silib?

Rusların media məkanında ermənilərin üstünlük təşkil etməsi zaman-zaman özünü təxribat və saxtakarlıqla büruzə verir.
Məlum olur ki, bu vəziyyətdə ermənilərin qolları “o qədər uzanıb” ki, hər hansı bir nəşrdə dərc olunan “lazımsız materialın” çıxarılmasına nail olurlar.
Yaxın günlərdə “Nezavisimaya qazeta”da “Sumqayıt faciəsi. Hadisələr necə başladı və hər şey necə oldu. Azərbaycan və SSRİ DTX-nin materialları əsasında” adlı məqlə dərc edilmişdi.
Geniş araşdırmanın müəllifi – görkəmli jurnalist, SSRİ Jurnalistlər Birliyinin üzvü, SSRİ və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İzvestiya” və “Trud” qəzetlərinin keçmiş müxbiri Lev Əsgərov – konkret faktlar və sənədlər əsasında ermənilərin Sumqayıt hadisələrində əli olduğunu sübuta yetirir.
1988-ci ilin dəqiqliklə planlaşdıran qanlı hadisələrin əsl mahiyyətinə aydınlıq gətirən müəllif, SSRİ DTX-nin arxiv sənədlərinə istinad edərək, hadisələrin əsas təşəbbüskarçılarını hələ 50-70-ci illərdə erməni təşviqatçı və yaraqlılarına ideoloji təlim keçən erməni ruhaniləridir.
Qeyd etmək lazımdır ki, Lev Əsgərovun materialı müxtəlif ölkələrin ictimaiyyətində böyük maraq doğurub, Ermənistanda isə qəzəbə səbəb olub. Bu, tamamilə aydındır, axı həqiqət acıdır.
Xüsusilə, erməni KİV-inin məlumatına əsasən, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edərək “Nezavizimaya qazeta”nın Sumqayıt hadisələri ilə bağlı “Etnik nifrət, ksenofobiya və dini dözümsüzlük təhrik faktı üzrə” araşdırmalara başlanılmasını tələb etdiyini bəyan edib.
Qeyri-hökumət təşkilatı “Rusiya Erməniləri Birliyi” təkzib tələbi ilə qəzetə müraciət edib və erməni millət vəkili Edmon Marukyan öz Facebook səhifəsində materialı “ucuz təbliğat” adlandırıb.
Erməni diasporasının qəzəbi o həddə çatıb ki, bütün imkanlarını səfərbər edərək “Nezavizimaya qazeta”nın saytında məqalənin çıxarılmasına nail olurlar.
Qeyd edək ki, Sumqayıt hadisələri Ermənistanın Azərbaycana qarşı təcavüzü tarixində erməni Xüsusi Xidmət və Sovet İttifaqının ən böyük və ən məkrli təxribatlarında biri hesab etmək olar. Sovet rəhbərliyində təmsil olunan ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən planlaşdırılmış ssenariyə əsasən təşkil olunan bu hadisələr, separatçıların Dağlıq Qarabağ münaqişəsinin başlanğıc nöqtələrindən biri oldu. Ermənistanda nədənsə məhz onların – həmvətənlilərinin Sumqayıt hadisələrində fəal iştirakçısı olmağından danışmağı sevmirlər. Həmin şəxslər “ermənilərə ölüm!” qışqıraraq əsasən separatçılarla erməni terror fondlarına pul keçirməkdən imtina edənlərin evlərinə hücum edirdilər.
Sumqayıt hadisələri ilə bağlı cinayət işi materiallarında yerli ermənilərdən ibarət cinayətkarların mənzilə daxil olduğu, dəfələrlə məhkum olunmuş, ümumilikdə 9 dəfə məhkumluq həyatı yaşamış 1959-cu il təvəllüdlü Eduard Robertoviç Qriqoryan rəhbərlik etdiyi yer alıb. Aydın olub ki, “Paşa” ləqəbli E.Qriqoryan və yoldaşlarında Dağlıq Qarabağla sıx əlaqə saxladığı və oradan gələn casuslardan aldığı gələcək qurbanlarının ev ünvanları varmış.
Qriqoryan zərərçəkmiş erməni bacılar – Marina və Karina Meclumyanların etirafından sonra məsuliyyətə cəlb olunub. Yerevanda Ermənistan SSR-in prokurorluq zalında Meclumyan bacılarının onu tanıması və onlara qarşı təcavüz etməsi, Qriqoryanın isə mən də erməniyəm deməsi və ittihamı geri götürmələri üçün bacılara yalvarması ilə bağlı video var.
...Bu gün Lev Əsgərovun “Nezavizimaya qazeta”dakı məqaləsi ətrafında baş verənlər ermənilərin birtərəfli məlumat təqdim etməyə alışdıqlarını, bir sıra nəşrlərdə Dağlıq Qarabağ münaqişəsinin kökü və bununla bağlı hadisələrin “erməni təqdimatı”ndan yayımlandığını göstərir. Həmçinin bəzi nəşrlərdə sənədlərlə təsdiqlənən, etibarlı bir məqalə dərc olunduqda, dərhal Ermənistanda hərtərəfli çaxnaşma baş verir.
Əslində isə bütün bu münasibətlərin pərdəarxasında qorxu dayanır. Qorxurlar ki, erməni yalanları əsasında qurulan təxribat bir gün puç olacaq.
Bütün bunlar aydındır. Anlaşılmayan məqam budur ki, erməni diasporasının bu qədər artan fəallığı fonunda Azərbaycan diaporası niyə heç bir fəaliyyət göstərmir? ...
Sual necə deyərlər, ritoriklər sisiləsindədir.
Sumqayıt hadisələrindən 32 il keçir – FOTO – VİDEO
Tərcümə: S.Xankişiyeva