“Baku Oil Service” Mərkəzində güclü yanğın olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Baku Oil Service” Mərkəzində güclü yanğın olub - FOTO

10:58 - 03 / 03 / 2020
“Baku Oil Service” Mərkəzində güclü yanğın olub - FOTO

Bakının Səbail rayonu ərazisində Salyan şossesində yerləşən "Baku Oil Service" Mərkəzində yanğın baş verib.

1news.az-ın məlumatına görə, ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları mərkəzdə alovun baş verdiyini görərək hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinə məlumat verib.

Məlumat əsasında FHN-in 11 texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.

Yanğın nəticəsində ümumi sahəsi 500 m2 olan ikimərtəbəli inzibati binanın yanar konstruksiyaları 120 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. 

1news.az

Foto: APA

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər