Rüfət Dadaşov debüt oyununda het-trik etdi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Rüfət Dadaşov debüt oyununda het-trik etdi – VİDEO

10:49 - 09 / 03 / 2020
Rüfət Dadaşov debüt oyununda het-trik etdi – VİDEO

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov “Finiks Rayzinq” komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 29 yaşlı hücumçu “Portlend Timbers”lə ilk tur qarşılaşmasında komandasının qollarından yarısının müəllifi olub. Meydana start heyətdə çıxan Dadaşov 13-cü, 24-cü, 65-ci dəqiqələrdə fərqlənib. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş isə “Finiks Rayzinq”in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Rüfət Dadaşov “Finiks Rayzinq”ə yanvarın 11-də Almaniyanın “Pröyssen Munster” klubundan keçib.

1news.az

Paylaş:
1135

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər