BMT-nin Əhali Fondu qız uşaqları ilə bağlı videoçarx hazırlayıb - VİDEO

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi qızların səlahiyyətləndirilməsi mövzusuna həsr edilmiş videoçarx ərsəyə gətirib.
1news.az-ın məlumatına görə, videoçarx qız uşaqlarının təhsil vasitəsilə səlahiyyətləndirilməsində ataların rolundan bəhs edir və təhsilin qızların müqəddəratının təyin olunmasındakı əvəzsiz rolunu vurğulayır.
Videoçarx Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” çərçivəsində hazırlanıb.
BMT-nin Əhali Fondu valideynləri, xüsusilə ataları qız övladlarının təhsilə yönləndirilməsində fəal mövqe tutmağa çağırır.
Sözügedən videoçarxı təqdim edirik:
1news.azb