UEFA Avropa Çempionatı 2020-ni təxirə saldı | 1news.az | Xəbərlər
İdman

UEFA Avropa Çempionatı 2020-ni təxirə saldı

17:22 - 17 / 03 / 2020
UEFA Avropa Çempionatı 2020-ni təxirə saldı

Bu gün UEFA-nın video-iclası keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, video-konfransda 55 assosiasiya-üzv nümayəndələri, eyni zamanda Avropa Klubları Assosiasiyasının (ECA) və Beynəlxalq Peşəkar Futbol Assosiasiyaları Federasiyasının (FIFPro) üzvləri iştirak ediblər.

İclas Çempionlar Liqası, Avropa Liqası, Avro-2020 və bütün milli çempionatların COVID-19 koronavirus pandemiyası səbəbindən təxirə salınması məsələsinə həsr olunub. İclasda Avropa Çempionatının 2021-ci ilə təxirə salınması qərara alındı. Norveç Futbol Federasiyasının rəsmi Tvitter-də Avropa Çempionatının gələn ilin 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi barədə məlumat yer alıb.

Yeri gəlmişkən, UEFA-nın rəsmi saytında bu barədə heç bir məlumat verilmir.

Xatırladaq ki, Avropa ÇÇmpionatının dörd oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

S.Xankişiyeva

 

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər