Abşeronda ər arvadını bıçaqladı

Abşeron rayonunda qadın bıçaqlanıb.
1news.az-ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Günel Məmmmədovanı bıçaqlayıb.
Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
1news.az
625