Sərnişin qatarlarının hərəkəti dayandırılır - RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Sərnişin qatarlarının hərəkəti dayandırılır - RƏSMİ AÇIQLAMA

11:43 - 18 / 03 / 2020
Sərnişin qatarlarının hərəkəti dayandırılır - RƏSMİ AÇIQLAMA

Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

1news.az xəbər verir ki,  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, söhbət aşağıdakı qatarlardan gedir: 

- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı

- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

- Bakı-Yalama-Bakı elektrik qatarı

- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.

Qafar Ağayev

Paylaş:
1016

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər