Olimpiya Oyunları təxirə salına bilər | 1news.az | Xəbərlər
İdman

Olimpiya Oyunları təxirə salına bilər

22:35 - 23 / 03 / 2020
Olimpiya Oyunları təxirə salına bilər

Tokioda Yay Olimpiya Oyunlarının tam formatda keçirilməsi mümkün olmazsa, Oyunlar təxirə salına bilər.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə parlamentdə çıxışı zamanı Yaponiyanın baş naziri Şinzo Abe bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiya Oyunlarının tam formatda keçirilməsinin tərəfdarıdır: "Əgər bu mümkün olmazsa, Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul edilməlidir, çünki biz ilk növbədə idmançıları düşünməliyik".

Ş.Abe vurğulayıb ki, Olimpiya Oyunlarının keçirilməsi barədə qərarı BOK qəbul edir və hazırkı mərhələdə Oyunların təxirə salınması gündəmdə deyil.

1news.az

Paylaş:
749

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər