Akif Çovdarov və Sübahir Qurbanov əfv edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Akif Çovdarov və Sübahir Qurbanov əfv edildi

17:20 - 06 / 04 / 2020
Akif Çovdarov və Sübahir Qurbanov əfv edildi

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş  Çovdarov Akif Teymurxan oğlu və Qurbanov Sübahir Xalıq oğlu cəzlarının çəkilməmiş hissəsindən azad ediliblər.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev  əfv sərəncamı imzalayıb.

Qeyd edək ki,  ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. Akif Çovdarovun 68 yaşı var.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 2015-ci ildə "MTN işi" ilə bağlı həbs edilərək məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sübahir Qurbanovun 66 yaşı var. 

Qafar Ağayev

Paylaş:
3719

Son xəbərlər

Bütün xəbərlər