Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyətlər verildi - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyətlər verildi - FƏRMAN

16:20 - 08 / 04 / 2020
Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyətlər verildi - FƏRMAN

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanla Agentliyə yeni səlahiyyət verilib.

Qurum bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.

1news.az

Paylaş:
634

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər