FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz neçəncidir? | 1news.az | Xəbərlər
İdman

FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz neçəncidir?

17:31 - 09 / 04 / 2020
FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz neçəncidir?

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də ciddi dəyişiklik olmayıb. Yeganə dəyişiklik Cənubi Sudan millisinin yoldaşlıq maçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.

Qeyd edək ki, siyahıya  1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.

1news.az

Paylaş:
912

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər