Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub

1news Redaksiyası22:20 - 10 / 04 / 2020
Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter səhifəsində deyilir.

Bildirilir ki, tərəflər mövcud vəziyyəti və hər iki dövlətin COVID-19 ilə mübarizə çərçivəsində gördüyü tədbirləri müzakirə ediblər: "Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılmasına dair razılığa gəliblər".

S.Xankişiyeva

 

Paylaş:
1273

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər