Deputat: Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası zirvə toplantısı vacib əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası zirvə toplantısı vacib əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı

13:09 - 11 / 04 / 2020
Deputat: Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası zirvə toplantısı vacib əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı

“Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik edən Azərbaycan həm Şuranın fəaliyyəti tarixində həm də beynəlxalq təşkilatların tarixində ilk dfə olaraq videokonfrans vasitəsilə zirvə toplantısı  keçirməklə bir ilkə imza atdı”.

Bunu 1news.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, Bu məsələnin yalnız bir tərəfidir .

"Hazırda koronovirus pandemiyası durmadan yayılmaqda davam edir və ona qarşı effektiv mübarizə də yalnız birgə səylərlə mümkündür . Çünki ayrı-ayrı dövlətlərin müxtəlif təcrübələri var və onalrın səmərəli olanlarının qarşılıqlı şəkildə öyrənilməsi və təhlükəsizlik məqsədilə istifadə olunması aktualdır .Bu mənada Azərbaycanın koronovirus pandemiyasına qarşı mübarizədə olduqca yaxşı təcrübəsi var . Ancaq Türk Şurasına üzv olan digər qardaş ölkələrin də əldə etdiyi uğurlar var və bu təcrübə mübadiləsi ümumi mənafelər baxımından qiymətlidir . Belə olan halda Azərbaycan Prezidentinin təşəbbüsü ilə zirvə görüşünün baş tutması Türk Şurasına üzv olan dövlətlərin həmrəyliyi və mənəvi-siyasi birliyinin də göstəricisi hesab edilə bilər .Ona görə də Azərbaycan Prezidenti İlk növbədə məhz bu məsələyə diqqət çəkərək qeyd etdi ki , bu zirvə görüşü  bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür. Bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır".

H.Babaoğlu deyib ki, hazırki mərhələdə koronovirusa qarşı mübarizədə tibbi tədbirlər nə qədər əhəmiyyətlidirsə mənəvi –psixoloji məsələlər və ümumi həhmrəylik də də bir o qədər əhəmiyyətlidir.

"Başqa əlamətdar bir məsələ isə  Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusa Zirvə görüşünə qatılması  idi . Bu da Azərbaycanın dəvətilə baş tutmuşdu və Türk Şurasının zirvə görüşünə həm də digər bir beynəlxalq təşkilatla birgə fəaliyyət və əməkdaşlıq  keyfiyyəti qazandırırdı . ÜST-ün baş direktoru ölkəmizlə əməkdaşlıqdan məmnuniyyətini dilə gətirərək Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiyini bildirdi .Eyni zamanda bundan sonrakı mərhələdə koronovirusa qarşı mübarizədə daha  yeni vasitələrlə birgə mübarizənin əhəmiyyətindən danışdı .Şübhəsiz ki , bütün bunların məqsədi  qardaş ölkələrin qlobal pandemiya təhlükəsinə qarşı öz vətəndaşlarının təhlükəsisliyini  birlikdə qorumaq əzmi idi. Ancaq koronovirus pandemiyasının yaratdığı problemlər təkcə sağlıq müstəvisi ilə məhdudlaşmır və digər sosial-iqtisadi seferalara da ciddi şəkildə mənfi təsir göstərir . Zirvə görüşündə bu məsələlərə də toxunuldu və iqtisadi itkilərin münimizə edilməsi məsələsi də gündəmə gəldi. Qardaş ölkələrin dövlət başçılarınn nitqində Azərbaycanın həyata keçirdiyi qlobal tarnzit layihələrin hazırki mənada iqtisadi kommunikasiya sahəsində mühüm əhəmiyyət kəsb etdiyi bildirildi . Bu sırada Bak-Tibilisi – Kars dəmiryolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi .Bütövlükdə isə Azərbaycanın təşəbbüsü ilə keçirilən Türk Şurası zirvə toplantısı həm şura üzvlərinin həmrəyli və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı kontekstində həm də hazırki vəziyyətdə qlobal təhlükəyə qarşı birgə mübarizə səylərində  vacib əhəmiyyətli tarixi hadisə kimi yadda qaldı".

Qafar Ağayev

Paylaş:
1252

Son xəbərlər

Bütün xəbərlər