Deputat: Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün uzaqda deyil | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün uzaqda deyil

18:38 - 14 / 04 / 2020
Deputat: Ermənistan və qondarma rejim əmin olsun ki, problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün uzaqda deyil

"Azərbaycan işğal edilmiş ərazilərimizdə baş verən qeyri-qanuni hərəkətləri izləyir və müvafik operativ reaksiyalar verir".

Bunu 1news.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:

"Doğrudur bu hələlik yalnız diplomatik və siyasi müstəvidə baş tutur. Ancaq işğalçı Ermənistan və qondarma rejim əmin olsun ki , problemin hərbi-siyasi müstəvidə birdəfəlik həll olunacağı gün də  uzaqda deyil. Ona görə də seçki şouları ilə işğal faktını ört-basdır etmək niyəti baş tutmayacaq". - deyə deputat fikirlərinə əlavə edib.

H.Babaoğlu bildirib ki, artıq qondarma rejimin seçki oyunu mart ayının 31-dən dərhal sonra bütün beynəlxalq qurumlar və dünya siyasətini  müəyyənləşdirən ölkələr tərəfindən pisləndi.

"İndi isə uydurma ikinci mərhələ adı ilə yenidən seçki oyunu təkrarlanır . Bu hadisə vahid siyasi təxribatın tərkib hissəsi olduğu üçün qondarma 31 mart seçkilərinə verilən qiymət  avtomatik olaraq onun davamına da şamil edilir . Ona görə də status-kvonu legitimləşdirmək cəhdi əsla baş tutmayacaq. Tam əksinə bu cür təxribatlar siyasi prosesləri sürətləndirməklə Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi ilə nəticələnəcək".

Qafar Ağayev

Paylaş:
878

Son xəbərlər

Bütün xəbərlər