“İlham Əliyev pandemiya şəraitində dünya səviyyəli lider olduğunu bir daha nümayiş etdirdi”- Tural İsmayılov

Bu gün Koronavirus pandemiyası şəraitində dünyanın ən inkilşaf etmiş ölkələri kimi təqdim olunan regionlardan ciddi böhranlar yaşanır. Buna baxmayaraq Azərbaycanda görülən işlər bütün dünyaya örnəkdir.
Bu fikirləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib. Onun sözlərinə görə, pandemiya həm də dövlətlərin real mənzərəsini ortaya qoydu:
“Dünyada ən yaxşı səhiyyə sistemlərinə malik olduqları bütün günü informasiya hücumları ilə beyinlərə ötürülən Qərb dövlətlərində pandemiya böyük itkilər yaradır. Təsəvvür edin ki, İtaliya, İspaniya, ABŞ kimi böyük dövlətlər pandemiya qarşısında kütləvi yoluxuculuq və ölümlərə görə acizdir. Artıq Qərbdəö Avropa İttifaqı və NATO ilə bağlı ciddi narazılıqlar səslənir. Lakin Azərbaycan bir model kimi sözün həqiqi mənasında dünyaya dərs keçir sanki.”
Ölkəmizin Prezident İlham Əliyevin timsalında dünyaya örnək olduğunu deyən ekspert, ÜST tərəfindən Azərbaycanın model kimi göstərildiyini xüsusi vurğulayıb:
“Mən ölkə başçısının hələ bu pandemiya bizim sərhədlərə çatmamış atdığı addımlar və qabaqlayıcı tədbirləri ilə bizdə qorxulu rəqəmlərin ortaya çıxmasını əngəlləməyi ilə bağlı təkrar qeydlər etmək istəmirəm. Həm Prezidentin çevik reaksiyası ilə formalaşdırılan Nazirlər Kabineti yanında Operativ Qərargahın mükəmməl iş sistemi, həm Azərbaycan səhiyyəsi üçün yaradılan imkanlar, həm də dünyada bir ilk olan Koronavirusla Mübarizə Fondunun yaradılması və cəmiyyətin ölkə rəhbərliyi ilə həmrəyliyi fonunda Fondun ianələrinin böyüməsi və ölkə başçısına hər gün yazılan sayısız dəstək məktubları dünyadakı panika ab-havasının əksini göstərir. Əhali dövlətin atdığı addımları dəstəkləyir, tədricən gücləndirilən xüsusi karantin rejiminə əməl edir, pandemiyanın fəsadlarının digər ölkələrdəki kimi dəhşətli olmamağı ilə qürur duyur. Azərbaycan həkimləri, polisləri və bütün sosial ön cəbhə fərdləri ilə biz həmrəylik nümayiş etdirərək bu bəlaya qalib gələcəyik.
Bir şeyi də xüsusi qeyd edim ki, təəssüf ki karantini rejimini bəzən pozan az sayılı məsuliyyətsiz adamlar və daxildən, xaricdən dezinformatorluq edən 5-ci kolonun üzvləri bir daha özlərini biabır etdi. Bu gün ÜST Azərbaycanı model kimi göstərir, cənab Prezidentin iradəsi ilə toplaşan Zirvə görüşünə ÜST sədrinin qoşulmağı ölkəmizin nüfuzunun ən bariz göstəricisidir. Sosial proqramlar, ölkə rəhbərinin iradəsi və xalqın səyləri ilə biz Koronavirisi məğlub edəcəyik. Ölkə başçısı son müşavirədə bir daha qeyd etdi ki, vətəndaşların sağlamlığı onun üçün ən birinci gəlir. İlham Əliyev pandemiya şəraitində dünya səviyyəli lider olduğunu bir daha nümayiş etdirdi”.
1news.az