Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

19:11 - 15 / 04 / 2020
Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Twitter-də bildirib.

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilərə" münasibət bildirən Səudiyyə Ərəbistanı göndərilən nota vasitəsilə öz qəti mövqeyini bir daha təkrar edib: BMT və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə uyğun olaraq, Səudiyyə Ərəbistanı münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü əsasında həllini dəstəkləyir”, - deyə o qeyd edib.

S.Xankişiyeva

 

 

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər