Qubada yeyib-içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan gənclər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada yeyib-içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan gənclər saxlanıldı

16:10 - 20 / 04 / 2020
Qubada yeyib-içmək məclisi təşkil etməklə karantin qaydalarını pozan gənclər saxlanıldı

Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 5 gənc saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.

Belə ki, Quba rayonu 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər. Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat məbləğində cərimə ediliblər.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər