“Sərəncamınız ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olub” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sərəncamınız ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olub” – Prezidentə məktub

1news Redaksiyası16:48 - 20 / 04 / 2020
“Sərəncamınız ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olub” – Prezidentə məktub

“Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyinə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

1news.az-ın məlumatına görə, bunu Bakı şəhərinin Suraxanı rayonundan sahibkar Abdulla Hüseynov Prezident İlham Əliyevə təşəkkür məktubunda deyib. Məktubun tam mətnini təqdim edirik:

 “Hörmətli cənab Prezident.

Sizin COVID-19 pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamınız ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olub.

Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyinə görə "MİLAN-A" MMC-nin kollektivi adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.

1news.az

Paylaş:
616

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər