“Sizin “Biz birlikdə güclüyük!” çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin “Biz birlikdə güclüyük!” çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik” – Prezidentə məktub

16:59 - 20 / 04 / 2020
“Sizin “Biz birlikdə güclüyük!” çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik” – Prezidentə məktub

“Siz və Mehriban xanım hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünürsünüz”.

1news.az-ın məlumatına görə, bunu Bakı şəhərinin Nərimanov rayonundan müharibə, əmək və silahlı qüvvələr veteranları Fatma Səttarova, Qara Sarıyev, İvan Timçenko, Bağır Məlikov, Səfər Abdullayev, Müseyib Cəfərov, Əlikişi Cümşüdov və Tamleyxa Həsənov Prezident İlham Əliyevə təşəkkür məktubunda deyiblər. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları Sizin həyata keçirdiyiniz uğurlu siyasəti dəstəkləyir və ölkəmizdə yaradılan əmin-amanlığa, nail olduğumuz sabitliyə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Bu gün aktuallığı ilə dünyada diqqət mərkəzində olan koronavirus pandemiyasına qarşı ölkəmizdə Sizin tapşırığınızla aparılan işlər, virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər bütün xalqımız, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Siz və Mehriban xanım hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünürsünüz. Sizin bu mövzuda xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır, hamımıza böyük mənəvi stimul verir. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz “Biz birlikdə güclüyük!” çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, rayon ərazisində yaşayan yaşlı nəslin nümayəndələrinə, müharibə, əmək və silahlı qüvvələr veteranlarına, imkansız ailələrə Sizin göstərişləriniz və diqqətiniz sayəsində ərzaq yardımları verilmişdir. Biz veteranlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın daha da inkişafı naminə gələcək işlərinizdə yeni nailiyyətlər arzulayırıq”.

1news.az

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər