Elmar Məmmədyarov ATƏT-in həmsədrləri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov ATƏT-in həmsədrləri ilə görüşüb

21:54 - 20 / 04 / 2020
Elmar Məmmədyarov ATƏT-in həmsədrləri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Endryu Şafer (Amerika Birləşmiş Ştatları), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü baş tutub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə tərəflər hazırda COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə ediblər.

Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb.

S.Xankişiyeva

 

Paylaş:
488

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər