“Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz” – Prezidentə məktub

13:44 - 21 / 04 / 2020
“Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz” – Prezidentə məktub

“Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Masallı sakini, təqaüdçü Şəhriyar Cəfərlinin Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Hörmətli cənab Prezident.

Sizə bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq, Sizə minnatdarlıq etməkdir.

Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz.

Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun”.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər