“Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq” – Prezidentə məktub

12:22 - 21 / 04 / 2020
“Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq” – Prezidentə məktub

“Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Biləsuvar sakini Emin Mehtiyevin Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Hörmətli cənab Prezident.

Mən Sizi kimi rəhbərlə fəxr edirəm. Qarabağ müharibəsinin veteranıyam, hazırda müəllim kimi çalışıram. Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm.

Siz daim xalqı düşünürsünüz. Bu ağır günlərdə isə qayğınız daha da artıb. Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm.

Allah Sizi bizə çox görməsin”.

1news.az

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər