“Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız” – Prezidentə məktub

13:41 - 22 / 04 / 2020
“Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız” – Prezidentə məktub

“Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Lənkəran sakini Saleh Cəfərovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Hörmətli cənab Prezident.

Dünyanı cənginə almış COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafında birləşdirərək Siz xalqımızı, o cümlədən bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmişiniz. Mən, nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm.

Hörmətli Prezidentimiz, Siz 16 il əvvəl Prezident seçilərkən Qurana əl basıb, and içib “Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız. Allah Məhəmməd peyğəmbərin başı üstündə bərqərar etdiyi kölgəni Sizin və Sizin simanızda ailə üzvlərinizin başı üstündən əskik eləməsin.

Hörmətli Prezident və Mehriban xanım. Siz işdə olun, biz evdə olarıq və biz birlikdə bu bəlaya qalib gələcəyik”.

1news.az

Paylaş:
357

Son xəbərlər

Bütün xəbərlər