“Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb” – Prezidentə məktub

11:45 - 22 / 04 / 2020
“Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb” – Prezidentə məktub

“Mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obamızı itirsək də, heç vaxt çətinlik görməmişik”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Ağcabədi sakini Pəhlivan Məmmədovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm Prezidentimiz.

Dağlıq Qarabağ münaqişəsi səbəbindən 1992-ci ildən doğma yurdumdan köçkün düşərək ailəmlə birlikdə Ağcabədi rayonu ərazisində məskunlaşmışam. Mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obamızı itirsək də, heç vaxt çətinlik görməmişik. Çünki Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.

Hazırda Laçın Rayon Baytarlıq İdarəsində baytar həkim işləyirəm. Bu günlərdə ailəmiz dövlətimiz tərəfindən yeni evlə təmin olundu. Bu, Sizin, dövlətimizin xalqa daimi qayğınızın bariz nümunəsidir.

Cənab Prezident, ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Allah Sizi qorusun, ölkəmizi bütün bəlalardan hifz eləsin”.

1news.az

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər