“Biz həmişə Sizin ətrafınızdayıq” – Prezidentə məktub

“Sizin bu tədbirlər planı ilə yanaşı yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq”.
1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Biləsuvar sakini Sifeyrə Əliyevanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:
“Əziz Prezidentimiz.
Dünyada yayılmış və insanların ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində atdığınız və digər ölkələr üçün nümunə ola biləcək addımlarınız bizim xalqını sevən, həmişə onun yanında olan, uzaqgörən Prezidentimiz olduğunu bir daha göstərdi. Sizin bu tədbirlər planı ilə yanaşı yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq.
74 yaşlı bir ana olaraq öz adımdan və 8 övladım, 41 nəvə-nəticəm adından Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə Sizin ətrafınızdayıq. Allah Sizə can sağlığı versin və bu bəladan xalqımızı qorusun”.
1news.az