Əli Əsədov: Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədov: Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər

20:40 - 24 / 04 / 2020
Əli Əsədov: Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri ilə videokonfransda baş nazir Əli Əsədov bildirib ki,bu ilin yanvar ayından bu günə kimi koronavirus pandemiyası ilə mübarizə üçün bir neçə mərhələdə işlər görülüb və artıq yeni dövr başlayır.

Baş nazir qeyd edib ki, artıq bir neçə həftədir ki, infeksiya ilə mübarizədə müsbət nəticələr əldə olunub və bu nəticənin vətəndaşla dövlətin həmrəyliyi, nəzərdə tutulan tədbirlərin icrası və səhiyyəmizin səyləri nəticəsində mümkün olduğunu bildirib.

Baş nazir Əli Əsədov onu da qeyd edib ki, pandemiya ilə mübarizə bütün dünyada, o cümlədən Azərbaycanda da davam edir, ona görədə operativ qərargah və həkimlər tərəfindən müəyyən olunan sanitar epidimioloji və gigiyenik qaydalara əməl edilməsi mütləqdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvləri hazırda koronavirus pandemiyası ilə mübarizədə ölkə üzrə səhiyyə sektoronda görülən işlər və hazırki vəziyyət barədə məlumat verdilər.

Qeyd olunub ki, ölkədə asayişin qorunması, xəstəliyə yoluxmanın qarşısının alınması məqsədilə həyata keçirilən təhlükəsizlik tədbirləri və karantin qaydalarının riayət olunması ilə bağlı, görülən işlər davam edir.

S.Xankişiyeva

 

Paylaş:
946

Son xəbərlər

Bütün xəbərlər