“Bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız” – Prezidentə məktub

17:30 - 25 / 04 / 2020
“Bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız” – Prezidentə məktub

“Sizin sayənizdə bu xəstəliyə tezliklə qalib gələrək, yenidən məktəbə qayıdacağımıza inanırıq”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Neftçala sakini Zəhra Quluzadənin Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Əziz Prezidentimiz.

Bu məktubu Sizə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Quluzadə Zəhra yazır. Sizə təşəkkür edirik ki, bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız. Atam deyir ki, güclü Liderimiz var, bizi bu bəladan qurtaracaq və biz yenə də həmişəki kimi firavan yaşayacağıq.

Biz də Sizin tapşırığınızı yerinə yetirib evdə qalır və dərslərimizi oxuyuruq. Sizin sayənizdə bu xəstəliyə tezliklə qalib gələrək, yenidən məktəbə qayıdacağımıza inanırıq.

Allah Sizi Qorusun. Sizi çox istəyirik”.

1news.az

Paylaş:
1132

Son xəbərlər

Bütün xəbərlər