Birinci vitse-prezident Mehriban Əliyevadan Ramazan təbriki | 1news.az | Xəbərlər
Rəsmi

Birinci vitse-prezident Mehriban Əliyevadan Ramazan təbriki

1news Redaksiyası17:26 - 25 / 04 / 2020
Birinci vitse-prezident Mehriban Əliyevadan Ramazan təbriki

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

1news.az-ın məlumatına görə, Birinci vitse-prezidentin bununla bağlı "İnstagram" paylaşımında deyilir:

"Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!".

1news.az

Paylaş:
930

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər