“Sizin və Mehriban xanımın ölkəmiz qarşısındakı xidmətlərinizi yüksək qiymətləndirirəm” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin və Mehriban xanımın ölkəmiz qarşısındakı xidmətlərinizi yüksək qiymətləndirirəm” – Prezidentə məktub

18:27 - 25 / 04 / 2020
“Sizin və Mehriban xanımın ölkəmiz qarşısındakı xidmətlərinizi yüksək qiymətləndirirəm” – Prezidentə məktub

“İnanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaq”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Şamaxı sakini Kərim Gülalıyevin Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident.

Mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın ölkəmiz qarşısındakı xidmətlərinizi yüksək qiymətləndirirəm. Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində şükürlər olsun ki, pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır.

Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.

1news.az

Paylaş:
887

Son xəbərlər

Bütün xəbərlər